Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların 6 239,9 min ABŞ dollarını bu ilin I rübündə geri çəkib.
Eləcə də bax: Gürcüstanın Azərbaycana borcu - Dəyişməyib
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.
Sənədə əsasən, bu ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu 125 423,9 min dollar təşkil edib ki, bu da illik müqayisədə 28,3% azdır.
Hesabat dövründə Gürcüstandan ən böyük məbləğdə investisiyanı geri çəkən ölkələr ABŞ (59 823,8 mi dollar), Qırğızıstan (24 303,2 min dollar) və Malta (12 032,8 min dollar) olub. (Apa)