İt gəzdirməklə ildə 200 min dollar qazanmaq olarmı? Sən demə olar, özü də bundan da artıq.
FED.az xəbər verir ki, hazırda Azərbaycan üçün qeyri-adi görünən bu biznes inkişaf etmiş ölkələrdə, xüsusilə də it saxlayanların çox olduğu ABŞ və Avropada geniş yayılıb. Vaxt azlığı və sair problemi olan heyvan sahibləri onları gəzdirmək üçün xüsusi şəxslərə və şirkətlərə müraciət edirlər.
Eləcə də bax: Azərbaycanda işləyib dollar və avro ilə - MAAŞ ALMAQ ŞANSI
Rayan Stüartın Nyu-York küçələrində gəzintisi maraqlı mənzərədir. O küçə ilə gedəndə uşaqlar dayanır, sürücülər siqnal verir, turistlər isə paparatsi kimi onu izləyir, şəkil çəkirlər. Amma o özü bunlara fikir vermir, sadəcə buna imkanı yoxdur, bunu edə bilməz.
İt gəzdirməklə altırəqəmli məbləğlər qazanır
«İt gəzdirmək – fikri dağınıq insanların işi deyil» - deyir Rayan- «Bu iş diqqətinizin hər qramını səfərbər etməyi tələb edir». Stüart bu işi yaxşı bilir – o Amerikanın ən yaxşı it gəzdirənlərindən biridir.
Eləcə də bax: Almaniyada 7 zavodun meneceri olan azərbaycanlı – MÜSAHİBƏ
Onun ərazisi Lonq-Aylend-Sitidir – Manhettendən çayın o tərəfində. Rayanı burada neylon kəndirlə 6 iti eyni vaxtda gəzdirdiyini görə bilərsiniz.
15 illik təcrübəsi olan, belində daim it çantası gəzdirən Stuart başqalarının sərfəli və ya yaxşı saymadığı işə görə altırəqəmli məbləğlər qazanır. Amma müasir şəhərlərdə it gəzdirmək asan deyil və uğur qazanmaq üçün ciddi çalışmaq lazımdır.
“Uzun saçlı, sırğalı, cırıq şalvarlı oğlan şirkətə 3,5 milyon dollar qazandırdı” - MÜSAHİBƏ
İtlərlə tanışlığı təsadüufən olub
Stüartın itlərlə tanışlığı uşaq yaşlarından başlayıb. Uşaq vaxtından ailəsini itirən Rayan onu oğulluğa götürən hərbçi atası ilə Asiya, Avropa və ABŞ-ın ştatlarını dolaşıb. Uşaq vaxtı rəqsi xoşlayıb rəqsə getsə də, uğura az qalmış – 19 yaşında limfalarında xərçəng tapılıb.
Azərbaycanın ilk yerli idman geyim brendini yaradan xanım - MÜSAHİBƏ
Xəstəlik, xoşbəxtlikdən müalicə edilib, amma 14 aylıq fasilədən sonra rəqs vərdişləri artıq zəifləmişdi.
O icarə pulu yığmaqla, ofisiant işləmək və küçə saışları etməklə pul qazanmalı oldu. Amma gözəl günlərin birində – 2006-da təsadüfən it təlimçisi ilə tanışlıq Stüartın taleyini dəyişdi - o it iqtisadiyyatı ilə tanış oldu.
Rayan itlərə və onların psixologiyasına aid kitablar oxuyur, şəhərin parklarında saatlarla itləri müşahidə edir, qeydlərini götürür, onların davranışlarını izləyir və bu hərəkətlərdə bir qanunauyğunluq tapmağa çalışırdı.
«7 il işsiz qaldım, məni vəziyyətdən bu layihə çıxardı – ÖZ BİZNESİMİ QURMUŞAM»
İt gəzdirməkdənsə, biznesini qurmaq sərfəlidir
Bu işləri araşdırandan sonra Rayan başa düşür ki, it gəzdikmək sahəsində - hansı ki, hələ boşluqlar var idi - işçi deyil, biznes rəhbəri olmaq şansı daha yüksəkdir.
Nəticədə o küçədəki insanlara öz xidmətlərini təqdim edir, vizitka paylayır, itpərəst cəmiyyətdə yerini tədricən möhkəmləndirir. İllər keçdikcə keyfiyyət və inadkarlıq sayəsində biznes genişləndi və Stüart ərazinin baş it gəzdirəni oldu.
«Dedim, başqasına işləməkdənsə, niyə də öz işimi qurmayım» - ŞƏMKİRLİ QADININ BİZNES HEKAYƏSİ
Hazırda Stüart Nyu-Yorkun Lonq-aylend-Siti rayonunda itlərin gəzdirilməsi ilə məşğul olan «Ryan for Dogs» şirkətinin sahibidir.
89 milyon it və onların narahat sahibləri
Rayanın tarixçəsi maraqlı olsa da, onun şirkəti ABŞ-da it gəzdirməklə məşğul olan 29 min şirkətdən yalnız biridir, bu şirkətlərdə 51 min it gəzdirən işçi çalışır.
«İxtisasım başqa olsa da, öz biznesimi qurmağı qərara aldım» - TOVUZLU SAHİBKAR QADIN - VİDEO
FED.az xəbər verir ki, bu sahədə ən böyük şirkətlər – «Rover», «Wag», «Fetch Pet Care», «Swifto» kimiləridir, Stüartın şirkəti onların yananda çox kiçikdir. Amma müştəri qıtlığı da yoxdur, necə deyərlər it hamıya çatır.
İt saxlayanların sayı artır: hazırda Amerika ailələrinin 53%-nin iti var. Bu 2000-ci illə müqayisədə 22% artıqdır. Pandemiya dövründə it saxlayanların sayı sürətlə artıb.
Təqribi hesablamalara görə, hazırda ABŞ-da 89 milyon ev iti var və tədqiqatlar göstərir ki, it sahiblərinin 40%-i onları mütəmadi olaraq, yəni tələb olunan kimi gəzdirə bilmir. Belə vəziyyətdə, köməyə it gəzdirənlər gəlir.
İt gəzdirmə biznesinin həcmi - 1 milyard dollara çatır
ABŞ-da it gəzdirmə sənayesinin illik həcmi 1 milyard dollara yaxındır - 979 milyon dollar və bu rəqəm gələcəkdə də artacaq. Bunun üçün iki ciddi səbəb var.
Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ
Ev heyvanlarının sahibləri onların vaxtına qənaət edən it gəzdirmə xidmətlərinə böyük vəsaitlər xərcləməyə hazırdırlar: son on ildə it gəzdirənlərin gəlirləri 2 dəfə artıb. Nəticədə son illər bu sahədə əsl bum yaşanır.
30 dəqiqəsi 22 dollardır
ABŞ-da əhalinin son siyahıya alınmasında toplanan məlumatlar göstərir ki, it gəzdirmə üzrə orta böyüklükdə biznes, orta hesabla ildə 236 min dollar gəlir gətirir. Bu sahədə işçi kimi çalışanların illik maaşları da yüksəkdir.
Eləcə də bax: «Həmişə kiminsə işçisi olmuşam, bu dəstəklə öz istixanamı qurdum» - SAMUXLU SAHİBKAR
Yeri gəlmişkən, sorğular göstərir ki, iti 30 dəqiqəlik gəzdirmək üçün xidmət haqqı orta hesabla 22 dollar təşkil edir.
Təcrübəli it gəzdirənlər bir neçə daimi müştəri tapıb və bir neçə iti eyni vaxtda gəzdirməyi öyrənməklə bu məbləği (yəni 30 dəqiqəlik gəzinti üçün 22 dollar xidmət haqqını) 2-3 dəfə artıra bilər. Ən maraqlısı da odur ki, bunu etmək xərc tələb etmir – iti gəzdirmək üçün bir neçə neylon ip və it sumkası almaq lazımdır.
İldə 50 min dolları asanlıqla qazanırlar, amma biznes quranlar daha çox qazanır
«Rover» kimi it gəzdirmə şirkətində işləyən hər kəs ildə 50 min dollar qazana bilər, amma bu işlə müstəqil məşğul olanların və 2-3 iti eyni vaxtda gəzdirə bilənlərin illik gəliri asanlıqla 100 min dollara çatır. Daha diribaşları isə ildə 200 min qazana bilərlər»-deyə Stüart bildirir.
Əlavə it gəzdirən cəlb etməklə biznesin illik gəlirini asanlıqla 500 min dollara qaldırmaq olar. Amma Süart buna tələsmir, onun cəmi 2 əlavə işçisi var.
Onun ənənəvi iş rejimi – həftədə 70-80 gəzintidir. Bu həftədə cəmi 25 saat vaxt tələb edir və ildə 100 min dollar gətirir.
Hər yeni müştəriyə görə 100 dollar «şirinlik» təklif edirlər
Amma it gəzdirmək biznesi göründüyü qədər asan deyil və burada problem təkcə itlərlə bağlı deyil.
İt gəzdirmə sahəsindəki qazanc rəqiblərin sayını artırır. Vaxtilə Stüart bu ərazidə yeganə it gəzdirən idisə, «Rover» (2011-də işə düşüb) və «Wag» (2015-də işə düşüb) kimi tətbiqlərin işə düşməsi küçələri it gəzdirənlərin rəqabət meydanına çevirib – burada qazonun hər qarışı üçün mübarizə gedir.
İş a yerə çatıb ki, bəzi it gəzdirənlər Nyu-York həyətlərinin komendartlarına rüşvət verirlər ki, onlara binadan yeni müştəri tapsınlar – hər yeni müştəri üçün 100 dollar «şirinlik».
Stüart belə işlərə baş qoşmur – onun müştəriləri daimidir, üstəlik, onların azı 50%-i itlərinin hən gün, 25% isə həftədə azı bir dəfə gəzdirilməsini istəyir.
«Müştəri sənə etibarı itirdisə, dərhal xidmətçini dəyişir».
Bütün bizneslərdə olduğu kimi, burada da əsas məsələ müştərilərin etibarını qorumaqdır: «Müştəri sənə etibarı itirdisə, dərhal xidmətçini dəyişir».
Bu böyük problemdir. Məsələ bundadır ki, son illər it sahibləri it gəzdirənlər üçün ciddi başağrısına çevriliblər, itlərinə həddən artıq bağlanan insanlar it gəzdirənləri öz narahatlıqları ilə bezdirirlər.
«Kelton Research» şirkətinin keçirdiyi son sorğuya əsasən:
İt sahiblərinin 81%-i hesab edir ki, itlər ailədə onların uşaqları qədər doğmadır.
78% özünü evdəki itlərin «sahibi» deyil, «valideyni» sayır. 58% özünü itin «ata»sı və ya «ana»sı adlandırır.
Bəziləri isə ümumiyyətlə varidatını, bəzən milyon dollarları itlərinə vəsiyyət edir.
Daha vasvası it sahibləri isə itlərini daima müşahidə etməyə çalışırlar. Özü də bu pəncərədən itin arxasınca baxmaq deyil – it sahiblərinin azı 50%-i itin boynuna kamera yerləşdirib ki, onun haralara aparıldığını görə bilsin.