Bu gün dünya birjalarında diqqətlər Bakı vaxtı ilə saat 17:00-da AMB sədri K.Laqartın, 18:00-da FED sədri J.Pavelin, 20:00-da isə İngiltərə Mərkəzi Bankının sədri E.Beylinin çıxışlarına yönəlib. Bank sədləri tərəfindən monetar siyasətin gələcəyi ilə bağlı veriləcək mesajlar birjalarda ciddi dalğalanmaya səbəb ola bilər.
Artım tendensiyasını davam etdirən qızıl hazırda dünya birjalarında 1823$-dan təklif olunur. Əgər qiymətli metalın bir unsiya üzrə dəyəri 1831$-ın üzərinə yüksələ bilsə, 1847$ və 1860$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.