Çərşənbə günü Federal Ehtiyyatlar Sistemi uçot dərəcələrini proqnozlaşdırıldığı kimi 0.75% artıraraq 2.25% - 2.50% aralığına yüksəltdi. Keçirilən mətbuat konfransında isə sədr Jerom Pavelin mövcud sərt monetar siyasəti davam etdirəcəklərini bir daha təsdiqləməsinə baxmayaraq, makroiqtisadi göstəricilərin hələ də məyusedici zolaqdan çıxa bilmədiyini açıqlaması dollar indeksinin geriləməsinə səbəb oldu. Nəticədə dollar indeksi 106 bənd həddinin altına düşdü. İndeksdəki geriləmə davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.03$ və 1.23$-ə qədər bahalaşa bilər.
Qeyd edək ki, bu gün Amerikada ikinci rüb üzrə ÜDM göstəricisi və işsizlik müavinatına dair ərizələrin sayı açıqlanacaq. ABŞ Maliyyə Naziri Cennet Yellenin mətbuat konfransı da investorlar tərəfindən maraqla gözlənilir.
Təhlil InvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.