Bu gün Moskva birjasında hərracların açılışında dolların məzənnəsi 2,53 rubl və ya 2,99% artaraq 87,23 rubla yüksəlib.
FED.az xatırladır ki, bu son bir ildə rekord məbləğdir – belə ki, Rusiyada ABŞ dolları sonuncu dəfə bir ildən çox əvvəl, 29 mart 2022-ci ildə 87 rubldan yuxarı olmuşdu.
Birjada hərracların açılışında avro da kəskin bahalaşıb – Avropa valyutası 2,29 və ya 2,48% artaraq 94,63 rubla yüksəlib.
Bir qədər sonra avronun məzənnəsi 95 rublu da keçərək 25 aprel 2023-cü ildən bəri ilk dəfə olaraq 95,28 rubla yüksəlib.
Sonradan birjada rublun məzənnəsi sabitləşməyə başlayıb, üstəlik rubl bir qədər möhkəmlənərək itirilmiş mövqeləri bərpa edib. Nəticədə dolların məzənnəsi 86 rubldan da aşağı düşüb. Hazırda dolların məzənnəsi 85,2 rubl, avronun məzənnəsi isə 93 rubl ətrafındadır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.