Bu səhər Telegram kanalları Rusiyanın Sankt-Peterburq Birjasının müflis elan edildiyi barədə xəbər yayıblar.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (20-24 noyabr,2023)
FED.az xəbər verir ki, bu barədə məlumat Moskva Arbitraj Məhkəməsinin sənədlərində qeyd olunub.
Sankt-Peterburq Birjasının qiymətli kağızları iflasla bağlı məlumatlar fonunda 15% ucuzlaşıb.
Sankt-Peterburq birjasının səhmləri müflis olması barədə məlumatın Birja tərəfindən təkzib etməsindən sonra bərpa olunmağa başlayıb.
Sankt-Peterburq birjası bildirib ki, o, müflis olmaq üçün müraciət etməyib və sabit maliyyə vəziyyəti var.
ABŞ Maliyyə Nazirliyi Sankt-Peterburq Birjasını sanksiyalar siyahısına daxil edildiyini elan etdikdən sonra birja noyabrın 2-də xarici qiymətli kağızlarla ticarəti dayandırıb.
Rusiya Bankının sədri Elvira Nabiullina bildirimişdi ki, Sankt-Peterburq Birjasında aktivlərin bloklanması ən çox ixtisaslı investorlara təsir edib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.