“Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən yerli kapital bazarlarında istiqraz alışı zamanı dövlət qurumlarına və banklara öncədən müəyyən edilmiş xüsusi güzəştlər şamil ediləcək.
Şirkətdən FED.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərracında banklardan broker komissiyası tutulmayacaq.
Ən böyük güzəşt isə dövlət strukturları üçün nəzərdə tutulub. Belə ki, “Unicapital”-dan verilən məlumata əsasən, Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərracda 0% broker komissiyası ilə əldə edə biləcəklər.
Həmçinin, Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslərə Mərkəzi Bankının notları və Maliyyə Nazirliyinin Dövlət istiqrazlarının təkrar bazarda alışı zamanı 0% broker komissiyası tətbiq ediləcək.
Müraciət üçün linkə keçid edə bilərsiniz: https://unicapital.az/xidmetler/yerli-bazarlar/
Qeyd edək ki, Unicapital İnvestisiya Şirkəti BFB-nin ilk ən uzun müddətli üzvü olaraq daima Azərbaycanda kapital bazarlarının inkişafına öz töhfəsini verməkdə davam edir.
Xatırladaq ki, “Unicapital İ.Ş.” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur.