ABŞ Prezidenti Donald Trampın əmr ilə ABŞ ordusu İran limanları və sahil ərazilərinin dəniz blokadasını ləğv edib.
FED.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi - Pentaqonun Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat verib.
Komandanlığın açıqlamasında deyilir: "ABŞ qüvvələri prezidentin göstərişinə uyğun olaraq İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatının blokadasını aradan qaldırıb".
Onlar həmçinin ABŞ ordusunun artıq İran limanlarına gedən və ya İran limanlarından çıxan gəmilərin keçidinə maneə yaratmadığını vurğulayıblar.
Nazirlik qeyd edib ki, "ABŞ tərəfindən hərbi blokadanı davam etdirmək üçün bütün tədbirlər tamamilə dayandırılıb".
Departament həmçinin aydınlaşdırıb ki, Vaşinqton və Tehran arasında bağlanmış müqavilənin şərtlərinə riayət olunmasını izləmək üçün blokada qaldırıldıqdan sonra Amerika gəmiləri regionda qalacaq.
Xatırladaq ki, iyunun 18-də Vaşinqton və Tehran fevralın sonlarında başlayan döyüşlərə son qoymaq məqsədi daşıyan razılaşmaları rəsmiləşdirdilər. Memoranduma əsasən, dövlətlər sərhədlərin və suverenliyin toxunulmazlığını qorumağa və bir-birinin işlərinə qarışmamağa söz verdilər.














