Amerikada inflyasiyanın azalmağa başlaması ilə FED-in aqressiv faiz artımı ehtimallarının da azalması, dollar indeksində korreksiyaya səbəb olub. EUR/USD və GBP/USD məzənnələri də buna görə dəstək görməkdədir.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-da Almaniyada inkişaf gözləntilərini ölçən "ZEW" indeksin açıqlanması da investorların diqqət mərkəzindədir.
Sərt monetar siyasət nəticəsində inflyasiyanın geriləməsi, əlvan metallar bazarlarında qızıl və kriptovalyuta birjalarında bitkoinin də müqavimətlə rastlaşmasına səbəb olur. Bir unsiya üzrə qiymət 1850$-ı qırarsa, dəyər itkisi 1818$-a kimi davam edə bilər. BTC/USD məzənnəsində müşahidə edilən eniş, 26000$-a kimi dərinləşə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.