ABŞ-da zəif iqtisadi göstəricilərin resessiya ilə bağlı narahatlıqları artırması fonunda dollar üzərində təzyiqlər getdikcə artır.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Belə ki, ABŞ-da proqnozların altında açıqlanan “JOLTS” Vakant İş Yerlərinin Sayından sonra, ADP özəl sektor məşğulluğu isə bağlı göstərici ehtimalların çox üzərində dərc olundu.
ADP Araşdırma İnstitutunun məlumatlarına görə, ABŞ-da özəl sektorda məşğulluq aprel ayında 296 min nəfər artıb. Eyni dövrdə aprel ayında maaş artımının isə illik müqayisədə geriləyərək 6.7%-ə düşdüyünü açıqlanıb.
Həftə ərzində ABŞ Federal Ehtiyyatlar Sisteminin və Avropa Mərkəzi Bankının faiz qərarları, həmçinin bankların sədr və digər rəsmilərinin monetar siyasətin gələcəyinə dair açıqlamaları fonunda geriləyən dollar indeksində tendensiyanın necə davam edəcəyinə bu gün dərc olunacaq Amerikada Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) ilə bağlı məlumatlar ciddi təsir edə bilər.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl “güvənli liman” missiyasını davam etdirir. Təhlillərə əsasən hazırda 2050$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri bu səviyyənin üzərində möhkəmlənə bilsə, artım tendensiyasının 2061$-a və 2076$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin mütəxəssisləri tərəfindən hazırlanıb.