Rusiya - Ukrayna müharibəsinin tezliklə sonlanacağına dair inam azaldıqca qlobal iqtisadiyyatlar üzərində təzyiqlər artmaqda davam edir.
Lakin FED-in 40 ilin maksimumlarında olan inflyasiya və Ukraynadakı müharibədən qaynaqlanan riskləri balanslaşdırmağa çalışdığı dövrdə çərşənbə günü keçiriləcək toplantısında 2018-ci ildən bəri ilk dəfə faiz artımı reallaşdıracağı ehtimal olunur. Həmçinin İngiltərə Mərkəzi Bankı bu həftə təkrar faiz dərəcələrini artıra bilər.
FED-in faiz artımı ehtimalları fonunda qızılda ucuzlaşma müşahidə olunur. Hazırda 1975$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1958$-ın altına düşsə, eniş tendensiyası 1880$-a kimi davam edə bilər.
Neft tədarükü ilə bağlı pozitiv xəbərlər fonunda neft qiymətləri bir qədər ucuzlaşsa da, eniş tendensiyası divergensiya ilə müşahidə olunur. Bu səbəbdən də satış yönlü əməliyyatların icrasında ehtiyyatlı olmaq tövsiyyə olunur. Hazırda 110$-dan təklif olunan Brent neftinin bir bareli üzrə dəyəri 115$-ın üzərinə yüksələ bilsə, 125$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.