Amerika fond bazarında "Dow Jones" indeksi 0,50% - 24 360,14 bəndədək, "S&P 500" 0,29% - 2 656,30 bəndədək, NASDAQ isə 0,47% - 7 106,65 bəndədək ucuzlaşıb.
FED.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,09% - 7 264,56 bəndədək, Almaniya DAX-ı 0,22% - 12 442,40 bəndədək, Fransa CAC-40-ı 0,11% - 5 315,02 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,70 dollar bahalaşaraq 1 348,60 dollara, gümüşün unsiyasının qiyməti 0,17 dollar artaraq 16,65 dollara satılıb.