Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar geriləyərək 64,98 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar ucuzlaşaraq 59,04 dollar təşkil edib.