ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri 0,64% artaraq 1 barelə görə 64,61 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,51% artaraq 59,48 dollar təşkil edib.