24 may 2018-ci il saat 10.30-da cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
- cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi);
- 2017-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı;
- cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi;
- əsas vəsaitlərin silinməsinə dair idarə heyətinin təqdim etdiyi hesabatın müzakirəsi;
- təşkilati məsələ (direktorlar şurasının tərkibinə baxılması);
- sair məsələlər.
Yığıncaq cəmiyyətin yerləşdiyi Göyçay şəhəri, Əfəndiyev küçəsi 4 nömrəli ünvanda keçiriləcək. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
Əlaqə telefonu: (167) 5-33-97. (050) 554-49-31.