İsveç kronu yeni antirekord vurub - sentyabrın 18-də kronun onun avroya olan məzənnəsi 11,98 olub. Əvvəlki rekord avqustun 21-də qeydə alınıb, o zaman avronun məzənnəsi 11,96 kron olub.
FED.az xəbər verir ki, kron bu il Avropa valyutası qarşısında 7%, son on ildə isə demək olar ki, 40% dəyər itirib.
Kron dollar qarşısında da ucuzlaşıb. İndi onun məzənnəsi bir dollar üçün 11,22 kron təşkil edir. İlin əvvəlindən İsveç valyutası Amerika valyutasına nisbətdə 7,5% dəyər itirib. Tarixi rekord 2022-ci ilin sentyabrında, məzənnənin bir dollar üçün 11,50 kron olduğu vaxt qeydə alınıb.
Kronun rekord dərəcədə zəifləməsi fonunda bir çox iqtisadçı və siyasətçilər yenidən ölkənin avroya keçidinin mümkünlüyündən danışmağa başlayıb.
İsveçin keçmiş baş naziri Göran Persson bir neçə gün əvvəl Sveriges Radio-ya müsahibəsində avronun mütləq İsveçin pul vahidinə çevriləcəyini bildirib.
Xatırladaq ki, 2003-cü il referendumunda bununla bağlı keçirilən referendumda əhali avrozonaya qoşulmanın əlıeyhinə səs vermişdi.