Bu ilin yanvar-iyun aylarında investisiya şirkətlərinin müştəri aktivləri böyüyüb.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Göstəricilər 8 % və yaxud 121 milyon manat artaraq 1 milyard 721 milyon manata çatıb.
Müştəri aktivlərində artımın əsas səbəbi xarici bazardakı broker xidmətləri olub. Bu seqmentin müştəri aktivləri 6,4 % (83 milyon manat) artıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.