"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Rusiya - Ukrayna müharibəsi fonunda avro və funt üzərində təzyiqlər artmaqda davam edir. Həmçinin çərşənbə günü keçirilən toplantısında FED-in faiz artımı ehtimalları da EURUSD cütlüyündə eniş tendnesiyasının dərinləşməsinə səbəb olur. Məzənnə 1.09 həddi altında qalsa, 1.07 hədlərinə qədər ucuzlaşa bilər.
Bu həftə cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan dərc ediləcək sinflyasiya göstəriciləri və AMB sədri Kristin Laqartın açıqlamaları investorların diqqət mərkəzində olacaqdır.
GBP
Eyni texniki mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir. Lakin cümə axşamı günü keçirilən iclasdan sonra, İngiltərə Mərkəzi Bankının dekabr ayından bəri üçüncü dəfə faiz dərəcələrini artıracağı gözlənilir.Amma rəsmilərin 0.5%-lik artımdan daha çox 0.25%-lik artıma üstünlük verəcəyi düşünülür. Qərara əsasən məzənnədə ciddi dalğalanma müşahidə oluna bilər.
TRY
USDTRY məzənnəsində lirənin zəiflədiyi müşahidə olunur. Məzənnə 14.87 həddi üzərinə yüksələ, 15.91 həddinə qədər bahalaşa bilər. Cümə axşamı diqqətlər TCMB-nin növbəti toplantısına yönələcək.
OIL
Rusiya-Ukrayna müharibəsi fonunda bahalaşan neft qiymətlərində hazırda korrektiv enişlər yaşansa da, eniş tendensiyası divergensiya ilə müşahidə olunur. Brent neftinin qiyməti 115$--ın üzərinə yüksəlsə, artım tendensiyası davam edə bilər. Enerji birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı, təklifin artması ehtimalları Brent qiymətinin 93$-a enməsinə səbəb olub və korreksiya 88$-a kimi dərinləşə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qlobal risklər səbəbilə qızıla tələb yüksək olsa da, bu həftə FED-in faiz artımı ehtimalları fonunda qızılda enişlər müşahidə olunur. Qiymət 1958$-ın altına düşsə, eniş tendensiyası 1880$-a kimi davam edə bilər.
“İnvest-AZ İnvestisiya Şirkəti”nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.