ABŞ-da proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin ardından FED-in noyabr ayında dördüncü dəfə faiz dərəcələrini 0.75% artıracağı ehtimalları 90%-i keçib. Artan infilyasiya məlumatları fonunda ucuzlaşsa da, FED-in faiz artımı ehtimalları dollar indeksinin yenidən bahalaşmasına dəstək ola bilər.
Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da açıqlanacaq pərakəndə satış dövriyyəsinə dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
ABŞ-da açıqlanan inflyasiya göstəricilərindən sonra 1640$-a kimi ucuzlaşan qızıl buradan dəstək görərək yenidən bahalaşıb. Hazırda 1668$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1663$-ın altına düşsə, 1634$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.