Dünən ABŞ da “İstehlak qiymətlər indeksi” (CPİ, inflyasiya göstəricisi) göstəricilərinin 8.3% səviyyəsində açıqlanmasından sonra dollar indeksi 107.70 bənd səviyyəsindən 109.60 bənd səviyyəsinədək bahalaşıb ki, bu da əsas valyutaların ucuzlaşması ilə müşayət olunur. Qeyd etmək lazımdır ki, əsas inflyasiya göstəricisinin gözləntilərin üzərində açıqlanması FED-in daha sərt monetar siyasət yeritməsinə yol açır.
Bu gün Bakı vaxtı ilə 16.30-da ABŞ-da açıqlanacaq “İstehsal qiymətləri indeksi” haqqında məlumatlar investorların diqqət mərkəzində olacaq.
1730$ qədər bahalaşan qızıl hal-hazırda 1700$ səviyyələrində ticarət olunur. Eniş tendensiyasının davam edəcəyi gözlənilir. 1695$ səviyyəsinin qırıldıldığı təqdirdə 1690$ və 1680$ səviyyələrinədək eniş ola bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.