Dünya birjalarında Brent markalı nessftin qiyməti bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,65% bahalaşaraq 63,83 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,40 dollar və ya 0,58% yüksələrək 69,05 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

09:19
10 Aprel 2018