Foreks bazarlarında dollar indeksinin 96 punktda müqavimətlə rastlaşması, treyderlərin əsas diqqət mərkəzində olan hadisədir. Təhlillərə əsasən, dollarda bahalaşma davam edə bilər. Avropada iqtisadi və siyasi risklərin mövcudluğu dollara olan tələbin güclü qalmasına səbəb olur. Bununla yanaşı, Amerika sənayesində də güclü inkişaf müşahidə edilir. Burada enerji bazarlarında qiymətlərin yüksəlməsi də önəmli rol oynayır.
Beləliklə, risk iştahının artması əlvan metallar bazarlarında qızılda da korreksiyalara səbəb olur. Ticarət aktivliyi kriptovalyuta birjalarında da artıb. Hazırda korreksiya edən bitkoinin qiymətinin yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.