Çikaqo əmtəə birjasında buğda üçün sentyabr fyuçerslərinin qiyməti taxıl müqaviləsi başa çatdıqdan sonra növbəti gün qeydə alınan səviyyələrdən aşağı düşüb.
FED.az xəbər verir ki, iyulun 17-də taxıl sazişi başa çatanda buğdanın qiyməti 6,54 dollar/buşelə bərabər idisə, ertəsi gün onun qiyməti 6,7 dollar/buşelə yüksəldi. Eyni zamanda, sonrakı günlərdə buğdanın qiymətində kəskin artım müşahidə olunub - iyulun 25-də bir buşel 7,6 dollara qədər qalxmışdı.
Son bir neçə gündə buğdanın sentyabr fyuçerslərinin qiymətində ucuzlaşma müşahidə olunur. İyulun 28-də qiymət 7,04 dollar/buşelə bərabər idisə, iyulun 31-də ticarətin bağlanışına qədər 6,66 dollar/buşelə enib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.