FED.az xəbər verir ki 2018-ci il iyunun 3-ü saat 14.00-da “Puta-Nəqliyyat-2” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Cəmiyyətin 2017-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı.
2. Müşahidə şurası üzvlərinin səlahiyyətlərinə xitam verilməsi və müşahidə şurası haqqında müddəaların nizamnamədən çıxarılması.
3. İdarə heyətinin üzvlərinin səlahiyyətlərinə xitam verilməsi və idarə heyəti haqqında müddəaların nizamnamədən çıxarılması. Təkbaşçı icra orqanı olan direktorun təyin edilməsi.
4. Maliyyə-təftiş komissiyasının səlahiyyətlərinə xitam verilməsi və maliyyə-təftiş komissiyası haqqında müddəaların nizamnamədən çıxarılması.
5. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
6. Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələrin notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Ünvan: Bakı, Qaradağ rayonu, Puta qəsəbəsi, “Puta-Nəqliyyat-2” ASC-nin iclas zalı.
İdarə heyəti