ABŞ Federal Ehtiyyatlar Sistemi, Avropa və İngiltərə Mərkəzi Bankları və İsveçrə Milli Bankının faiz artımlarından sonra əsas dolların dünya birjalarında major valyutalar qarşısında bahalaşdığının şahidi oluruq.
Faiz artımlarından sonra birja iştirakçılarının diqqətləri mərkəzi bankların monetar siyasətin gələcəyi ilə bağlı planlarına yönəlib. Bu səbəbdən də rəsmilərin pul-kredit siyasətinin yol xəritəsinə dair verəcəkləri mesajlar birjlarda gələcək tendensiyaları formalaşdıra bilər.
103.50 səviyyəsindən dəstək alan dollar indeksi (DXY) hazırda 104 bənd hədlərinin üzərində möhkəmlənməyə çalışır. “Buğa”lar buna müəssər olsa və DXY-ı 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 110 və 113 bənd hədlərinə qədər davam edə bilər.
Bu gün Avropadan açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri, eləcə də İngiltərə, Avropa, Almaniyada dərc olunacaq biznes aktivliyi indeksi kimi önəmli statistik məlumatlar investorların diqqət mərkəzində olacaq.
Dolların bahalaşacağına dair yaranan ehtimallar fonunda qızılda ucuzlaşma davam edir. Təhlillərə əsasən hazırda 1778$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1773$ həddini qıra bilsə, 1759$-a kimi ucuzlaşa bilər.
Məlumat “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.