Dünya kriptovalyuta bazarında yenə kütləvi ucuzlaşma qeydə alınır.
FED.az xəbər verir ki, martın 6-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 81-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 200 dollar və ya 1,7% ucuzlaşaraq 11 min 369 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 984 dollar və ya 9,4% bahalaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 19 dollar və ya 2,1% ucuzlaşaraq 849 dollar olub.
Son həftə ərzində isə Etherium 27 dollar və ya 3% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Revain-da(14,69%), ən çox bahalaşma isə Neblio-də(13,32%) müşahidə olunub.
Bitkoin ucuzlaşmağa başladı – QİYMƏTLƏR
09:19
6 Mart 2018