“Coindesk” platformasının məlumatlarına görə, “Bitcoin” məzənnəsi 2023-cü ilin dekabr ayının əvvəlindən bəri ilk dəfə 40 min dollardan aşağı düşüb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 4:54-ə olan məlumata görə, kriptovalyutanın qiyməti 39 821 dollar təşkil edib.
Yanvarın 11-də “Bitcoin”in məzənnəsi 49 min dollara yüksələrək iki ilin ən yüksək səviyyəsini yeniləyib və günün çox hissəsi 46 min dollardan yuxarı səviyyədə olub. Bu, ilk spot ETF-lərinin birja ticarətinə başlaması fonunda baş verib.
İlk ETF-lərin işə salınması bütün kriptovalyuta bazarının performansına birbaşa təsir edib. “Coinmarkecap.com”a görə, onun kapitallaşması 2022-ci ilin iyunundan bəri ən yüksək göstərici olan 1.84 trilyon dollara çatıb. Artıq yanvarın 10-da ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən fond qaydalarının təsdiqlənməsi fonunda “Bitcoin”in məzənnəsi 47.7 min dollar olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.