Martın 11-də “Bitcoin” kriptovalyutasının qiyməti 72 min dollara yüksələrək yeni rekord müəyyənləşdirib.
FED.az xəbər verir ki, ABŞ-ın qiymətli kağızlar və birja komissiyası yanvarın sonunda 11 “Bitcoin spot” fondunu təsdiqlədikdən sonra investorların kriptovalyutalara marağı artmaqda davam edir. Martın 5-də “Bitcoin” kriptovalyutasının kapitallaşması 1,35 trilyon dollara yüksəlib.
Məlumatda bildirilib ki, kapitallaşmanın artmasına ABŞ-da yeni spot birja fondlarının (ETF) “Bitcoin”ə artan tələbatı səbəb olub. (Azərtac)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.