1 iyun 2018-ci il saat 16.00-da cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
- cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi);
- 2017-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı;
- cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi;
- əsas vəsaitlərin silinməsinə dair idarə heyətinin təqdim etdiyi hesabatın müzakirəsi;
- təşkilati məsələ (müşahidə şurasının tərkibinə baxılması);
- sair məsələlər.
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Həsən Əliyev küçəsi, 1008-ci məhəllədə keçiriləcək. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
Əlaqə telefonu: (012) 440-86-25. (012) 440-09-19