Bakı Fond Birjasında 2024-ci ilin yanvar ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 milyard 269 milyon 40 min manat təşkil edib. Bu, ötən ilin Yanvar ayı ilə müqayisədə 54,1% çoxdur.
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumatda bildirilir ki ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaları üzrə ticarət həcmində 334 %, repo əməliyyatları üzrə isə 103 % artım qeydə alınıb.
Həmçinin, ötən ilə müqayisədə dövlət qiymətli kağızlar bazarının ilkin bazarı üzrə 29 % artım qeydə alınıb.
2024-cü ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 5 milyard 768 milyon 812 min manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.