Amerika Maliyyə Nazirliyinin artan inflyasiyaya qarşı real addımlar atmağa çağırması sonrası FED-in sərt monetar siyasətə keçəcəyi ehtimallarının artması fonunda dollar dünya birjalarında kəskin bahalaşır.
Bu gün həmçinin investorların diqqəti Avrozonada, Almaniyada, İngiltərədə və ABŞ-da açıqlanacaq sənaye və xidmət sektorunda biznes aktivliyi göstəricilərinə yönəlib.
Sərt monetar siyasət ehtimallarının artması nəticəsində bahalaşan dollar qızılın ucuzlaşmasına səbəb olub. Hazırda 1807$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-ın altına düşsə, 1792$ və 1783$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.