2023-cü ildə Azərbaycanın qiymətli kağızlar bazarında 28 milyard 69,2 milyon manatlıq əməliyyat aparılıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2022-ci ilə nisbətən 12 milyard 506,2 milyon manat və ya 80,4 % çoxdur.
İllik göstəricinin 8 milyard 227,4 milyon manatlıq hissəsi ilkin bazarda (84,5 milyon manat və ya 1 % az), 19 milyard 841,8 milyon manatlıq hissəsi təkrar bazarda (12 milyard 590,6 milyon manat və ya 2,7 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 13 545 əqd bağlanılıb. Bu da illik müqayisədə 2 min 527 ədəd və ya 22,9 % çoxdur.
Əqdlərin 2 292-si ilkin bazarın (136 əqd və ya 6,3 % çox), 11 253-ü isə təkrar bazarın (2 391 əqd və ya 27 % çox) payına düşüb.
Ötən il qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 8 milyard 405,6 milyon manatlıq hissəsi və yaxud 29,9 %-i dövlət qiymətli kağızlarının, 2 milyard 279,1 milyon manatlıq hissəsi və yaxud 8,1 %-i korporativ qiymətli kağızların, 17 milyard 384,5 milyon manatlıq hissəsi və yaxud 61,9 %-i isə repo əməliyyatlarının payına düşüb.
Dövlət qiymətli kağızların əməliyyatlarının həcmi 1,1% və ya 92,8 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əməliyyatlar 4,1% və ya 89,4 milyon manat, repo əməliyyatları üzrə həcm isə 3,4 dəfə və ya 12 milyard 324 milyon manat çoxdur.
İl ərzində bu bazarda bağlanmış əqdlərin isə 2 807-si və yaxud 20,7 %-i dövlət qiymətli kağızlarının, 3 961-i və yaxud 29,2 %-i korporativ qiymətli kağızların, 6 777-si və yaxud 50 %-i isə repo əməliyyatlarının payına düşüb.
Bunlar da 2022-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 301 əqd və ya 12% çox, 439 əqd və ya 10% az və 2 665 əqd və ya 64,8% çoxdur