Dövlət istiqrazlarına maraq artıb, təkrar bazara dönüş planlaşdırılır
FED.az xəbər verir ki, Maliyyə Nazirliyi ilin əvvəlindən büdcə qalıqlarının banklarda sərbəst depozit kimi yerləşdirilməsi üçün hərrac təşkil edib. Azər Mürsəqilov bildirib ki, bu addım maliyyə bazarında likvidliyin artırılmasına mühüm töhfə verəcək. O əlavə edib ki, Maliyyə Nazirliyi dövlət istiqrazları ilə bağlı məlumatları rəsmi internet saytında dərc edir və bu, investorların bazara daxil olarkən daha düzgün qərar verməsinə şərait yaradır. Onun sözlərinə görə, yaxın zamanda təkrar bazara dönüş ediləcək və dövlət istiqrazlarının emissiyası yenidən başlanacaq.