Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 380 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 25 aprel tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə may fyuçerslərinin qiyməti 376 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (394,8 dollar) ilə müqayisədə 4,8% azdır.