FED.az xəbər verir ki, bu ilin əvvəlindən dünyada avro ilə buraxılan dövlət istiqrazları hesabına 51,2 milyard avro vəsait cəlb edilib ki, bu da 2016-cı ildən bəri rekord həddir. Həmin il avro istiqrazları ilə 39,9 milyard avro borc alınmışdı.
Eləcə də bax: Avrozonada illik inflyasiya - 1%-DƏN AŞAĞI DÜŞÜB
Bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verilir.
Məlumatda həmçinin deyilir ki, bu ilin əvvəlindən avro ilə istiqraz tədarükü 80% artıb. ABŞ dolları üzrə artım isə cəmi 3%-dir.
Bununla belə, hələ ki, Amerika valyutası borc bazarında əsas seçimdir. Avronun payı isə 20-30% arasında dəyişir.
Report