Çərşənbə günü ABŞ-da inflyasiyanın 6.2%-lik göstərici ilə son 30 ilin maksimumlarına yüksəlməsindən sonra monetar siyasətin sərtləşdiriləcəyi ehtimalları fonunda EUR/USD cütlüyü 1.1440 GBP/USD cütlüyü isə 1.3360 hədlərinə qədər ucuzlaşıb. Qlobal təhlillər eniş tendensiyasının davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Bu həftə inflyasiyadan sonra qlobal risklərin artması etibarlı liman maliyyə aləti olan qızıla tələb artırır. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1865$ üzərində möhkəmlənə bilsə, 1875$ və 1890$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.