ABŞ Federal Ehtiyyatlar Sisteminin ardınca İsveçrə Mərkəzi Bankı həmçinin, İngiltərə Mərkəzi Bankı da faiz dərəcələrini artırdı. Nəticədə dollar indeksi 103 bənd hədlərinə qədər gerilədi.
Dollar indeksindəki düşüş davam edərsə, EUR/USD və GBP/USD cütlüklərinin müvafiq olaraq 1.0660 və 1.2480 hədlərinə qədər bahalaşacağı proqnozlaşdırılır.
Bu gün Bakı vaxtı ilə saat 13:00-da Avropada açıqlanacaq inflyasiya göstəriciləri də investorların diqqət mərkəzində olacaqdır.
Hazırda qiymətli metallar bazarında 1846$-dan təklif olunan qızıl 1850$ həddinin üzərinə yüksəlsə, 1878$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.