Avropada, Ukraynada müharibənin başlaya biləcəyi narahatlığı birjalarda gündəmi təşkil etməkdə davam edir. Nəticədə avro, funt sterlinqin dollara nisbətən qiymətləri təzyiq altında qalmaqdadır.
Bununla yanaşı, dolların yanında qızıl da güvənli liman maliyyə aləti kimi tələb görməkdədir.
Enerji birjalarında neft qiymətləri isə İrana qarşı sanksiyaların aradan qaldırılacağı ehtimalları fonunda 97$-ın altında müqavimətlə rastlaşır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.