Avrozonada iyulda faiz artımı ehtimallarının güclənməsi EUR/USD məzənnəsinə dəstək olmaqla yanaşı, GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir.
Bütün bunlara səbəb İngiltərə də daxil olmaqla, Avropada fundamental göstəricilərin müsbət açıqlanmasıdır. Bu, qızıl və bitkoinin də müqavimətlə rastlaşmasına səbəb olur.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00 və 13:00-da müvafiq olaraq İngiltərə və Avrozonadan inflyasiya göstəricilərinin dərc edilməsi də investorların diqqət mərkəzindədir. Göstəricilər öncəsi avro və funt sterlinqdə korreksiya başlayıb. Lakin təhlillərə əsasən, bahalaşma davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.