FED-in son toplantısının dərc olunan protokollarında yüksək inflyasiyanın qalıcı olmasının qarşısını almaq üçün iqtisadi artımın yavaşlamasına baxmayaraq, faiz dərəcələrinin daha uzun müddət artırılmağa davam edəcəyinə dair yer alan fikirlər dollar indeksindəki yüksəlişin davam etməsinə səbəb olur. Təhlillərə əsasən EUR/USD məzənnəsi 1.0110, GBP/USD cütlüyü isə 1.1860 hədlərinə qədər ucuzlaşa bilər.
Bu gün Avropa Mərkəzi Bankının son toplantısının dərc olunacaq protokolları investorların diqqət mərkəzində olacaqdır.
Artmaqda davam edən resessiya qorxuları qızılı da təzyiq altında saxlayır. Təhlillərə əsasən qızılın bir unsiya üzrə dəyəri 1718$-a kimi ucuzlaşa bilər. Lakin eniş tendensiyası divergensiya ilə müşahidə olunur. Bu səbəbdən də ticarət edərkən ehtiyyatlı olmaq tövsiyyyə olunur.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.