ABŞ-da proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin ardından bir qədər yüksəlsə də, Amerika iqtisadiyyatında resessiya narahatlıqları dollar indeksini təzyiq altında saxlamaqda davam edir. Proqnozlara əsasən, dollar indeksindəki geriləmə davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 0.99$ və 1.15$-a kimi bahalaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonada və Almaniyada açıqlanacaq "ZEW" - İqtisadi inkişaf proqnozu investorların diqqət mərkəzində olacaq.
Dollar indeksindəki geriləmə fonunda qızıl bahalaşır. 1659$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1663$-ın üzərinə yüksəlsə, 1678$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.