“Unibank” ASC 2026-cı ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
“Unibank” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 69 milyon 578 min manat təşkil edib Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 552 min manat (19,9%) çoxdur.
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri illik müqayisədə 9 milyon 719 min manat (17,5%) artaraq 65 milyon 334 min manata çatb. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 364 min manat (1 milyon 77 min manat / 4,8 dəfə çox), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 269 min manat (254 min manat / 25% çox) olub.
Hesabat dövründə bankın faiz xərcləri əvvəlki ilin eyni dövrünə nəzərən 7 milyon 856 min manat (35,6%) artaraq 29 milyon 931 min manata yüksəlib.
Depozitlər üzrə faiz xərcləri 21 milyon 737 min manat (4 milyon 750 min manat / 28% çox), cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 5 milyon 865 min manat (1 milyon 970 min manat / 50,6% çox), subordinasiya borc öhdəlikləri üzrə faizlər 2 milyon 2 min manat (809 min manat / 67,8% çox) təşkil edib.
Alınan haqq və kommisiya gəliri 29 milyon 579 min manata (5 milyon 696 min manat / 23,8% çox), xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 5 milyon 869 min manata (2 milyon 704 min manat / 85,4% çox) bərabər olub.
Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 23 milyon 454 min manat (5 milyon 640 min manat / 31,7% çox), ümumi və inzibati xərclər 13 milyon 916 min manat (3 milyon 538 min manat / 34,1% çox), amortizasiya xərcləri isə 3 milyon 730 min manat (712 min manat / 23,6% çox) tutub.
Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi ötən ilin birinci rübü ilə müqayisədə 7 milyon 215 min manat və ya 7,2 dəfə azalarq milyon 161 min manata düşüb.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 9 milyon 459 min manat olub. Ödənilmiş mənfəət vergisinin həcmi 1,4 milyon manat təşkil edib. Nəticədə bankın xalis mənfəəti 8 milyon 59 min manata qalxıb ki, bu da, 2025-ci ilin ilk rübü ilə müqayisədə 5 milyon 259 min manat, yaxud da 2,9 dəfə çoxdur.
Cari ilin birinci rübünün sonuna “Unibank”ın aktivlərinin həcmi 2 milyard 197 milyon manata yüksəlib. Bu göstərici, ötən ilin sonu ilə müqayisədə 64 milyon manat (3%) çoxdur.
Müştərilərə verilmiş kreditlərin həcmi son üç ayda 69 milyon manat (5,3%) artaraq 1 milyard 374 milyon manata çatıb. Ticarət və investisiya qiymətli kağızları üzrə aktivlər 72 milyon 707 min manat (3 milyon 222 min manat / 4,6% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər 98 milyon 586 min manat (54 milyon 686 min manat / 2,2 dəfə çox), banklar və digər maliyyə institutlarına verilən kreditlər 11 milyon 187 min manat (4 milyon 272 min manat / 61,8% çox) olub.
Hesabat dövründə bankın öhdəlikləri ötən ilin sonuna nəzərən 55 milyon manat (2,8%) artaraq 1 milyard 995 milyon manata yüksəlib.
Bankdakı depozitlər üç ayda 652 min manat artaraq 1 milyard 378 milyon manata çatıb. Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 376 milyon 919 min manat (39 milyon 687 min manat / 11,8% çox), subordinasiya borc öhdəlikləri 85 milyon 19 min manat (30,6 milyon manat / 56,2% çox) təşkil edib.
2026-cı ilin birinci rübünün sonunda “Unibank”ın kapitalının həcmi 201 milyon 526 min manat təşkil edərək ötən ilin sonuna nəzərən 8 milyon 730 min manat və ya 4,5% artım göstərib.
Səhmdar kapitalı dəyişilməyərək 138,2 milyon manay olub.
Bankın bölüşdürülməmiş mənfəəti son üç ayda 8 milyon 59 min manat (21,3%) artaraq 45 milyon 910 min manata yüksəlib.
Bankın ümumi ehtiyatları isə 16 milyon 932 min manat təşkil edib ki, bu da, ötən ilin sonu ilə müqayisədə 671 min manat və ya 4,1% çoxdur.







![“Unibank” xalis mənfəətini 3 dəfəyə yaxın artırıb – [red]HESABAT [/red] | FED.az](upload/news/small/4159561.jpg)
![“Unibank” xalis mənfəətini 3 dəfəyə yaxın artırıb – [red]HESABAT [/red] | FED.az](upload/news/small/1186548.jpg)
![“Unibank” xalis mənfəətini 3 dəfəyə yaxın artırıb – [red]HESABAT [/red] | FED.az](upload/news/small/1351760.jpg)









