"Azər Türk Bank"ın 2023-cü ilin son rübündə depozit portfeli 484 milyon 586 min manata bərabər olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Məlumata görə bu göstərici son bir ildə 99 milyon 578 min manat (25,9%) çoxdur.
Depozit portfelinin 214 milyon 432 min manatı fiziki şəxslərin, 270 milyon 154 min manatı isə hüquqi şəxslərin depozitləri olub.
Fiziki şəxslərin əmanətləri 13 milyon 237 min manat (6,6%), hüquqi şəxslərin əmanətləri isə 86 milyon 341 min manat (47%) artıb.