“Premium Bank” ASC cari ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
“Premium Bank” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 9 milyon 731 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 880 min manat və ya 9,9% çoxdur.
Müştərilərə verilmiş kreditlər 8 milyon 827 min manat (1 milyon 111 min manat / 14,4% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 474 min manat (300 min maant / 38,6% az), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 140 min manat (116 min manat / 5,8 dəfə çox) olub.
Hesabat dövründə bankın faiz xərcləri 2 milyon 868 min manat olub. Bu, illik müqayisədə 8 min manat (0,3%) azalma deməkdir.
Depozitlər üzrə faiz xərcləri 2 milyon 187 min manat (min manat az), cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 637 min maant (7 min manat az) təşkil edib.
Alınan haqq və kommisiya gəliri 3 milyon 189 min manat (703 min manat / 28,3% çox), xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 555 min manat (53 min manat / 10,6% çox) olub.
Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 2 milyon 75 min manata (341 min manat / 19,7% çox), ümumi və inzibati xərclər 956 min manata (55 min manat / 5,4% az), amortizasiya xərcləri 273 min manata (51 min manat / 15,7% az) bərabər olub.
Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 734 min manat (567 min manat / 43,6% az) olub.
Bankın dövr üzrə xalis mənfəəti 3 milyon 676 min manata yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 94 min manat (2,3 dəfə) artım deməkdir. Bank bu dövrdə mənfəət vergisi ödəməyib.
Cari ilin birinci rübünün sonunda bankın aktivlərinin həcmi 666 milyon 485 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 11 milyon 184 min manat (1,7%) azalma deməkdir.
Müştərilərə verilmiş kreditlər üç ayda 22 milyon 376 min manat və ya 4,7% artaraq 500 milyon 996 min manata yüksəlib. Ticarət və investisiya qiymətli kağızları üzrə aktivləri 5 milyon 196 min manat (11 milyon 725 min manat / 3,2 dəfə çox) olub.
Hesabat dövründə bankın öhdəliklərinin həcmi 464 milyon 829 min manat olub. Öhdəliklər ötən ilin sonuna nəzərən 15 milyon 449 min manat və ya 3,2% azalıb.
Bankdakı depozilərin həcmi 374 milyon 103 min manat (20 milyon 70 min manat / 5,1% az), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 71 milyon 564 min manat (1 milyon 627 min manat / 2,2% az) olub.
Cari ilin ilk üç ayının sonuna olan nəticələrə görə, bankın kapitalının həcmi 201 milyon 656 min manat səviyyəsində müəyyənləşib. Bu, ötən ilin sonu ilə müqayisədə 4 milyon 265 min manat (2,2%) çoxdur.
Səhmdar kapitalı dəyişilməyərək 174 milyon 601 min manat olub.
Bankın bölüşdürülməmiş mənfəətinin həcmi 19 milyon 245 min manata yüksəlib, üç ayda 3 milyon 676 min manat və ya 23,6% artım göstərib.
Ümumi ehtiyatlar isə son üç ayda 589 min manat (8,2%) artaraq 7 milyon 810 min manata çatıb.







![“Premium Bank”in aktivləri yenidən azalmağa başlayıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/1673382.png)
![“Premium Bank”in aktivləri yenidən azalmağa başlayıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4888645.jpeg)
![“Premium Bank”in aktivləri yenidən azalmağa başlayıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2575715.jpeg)









