“Premium Bank” ötən il gəlirlərini 9,2% artıraraq 53 milyon 698 min manata çatdırıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı “Premium Bank”ın gəlir mənbələrini araşdırıb.
2025-ci ilin sonunda bankın gəlirlərinin ən böyük hissəsi – 32 milyon 393 min manatı və ya 60%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Bu gəlirlər 2024-cü illə müqayisədə 15,9% artıb.
Komissiya haqlarından isə 13 milyon 925 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 26%-i deməkdir. Komissiya gəlirləri son bir ildə 6,3% artım göstərib.
Daha 2 milyon 544 min manat isə “Premium Bank”ın valyuta əməliyyatlarından daxil olub və ümumi gəlirlərin 5%-ini tutub. Bu sahədən daxilolmalar illik müqayisədə 41% azalıb.
Bankın başqa banklara depozit yerləşdirməsi banka ümumi gəlirlərinin 6%-i həcmində - 2 milyon 813 min manat qazandırıb və bir ildə 26,5% artıb.
Qiymətli kağızlar bazarına yatırımlar banka 596 min manat və ya ümumi gəlirlərin 1%-i həcmində vəsait qazandırıb ki, bu da, illik müqayisədə 88,6% artım deməkdir.
Bankın digər faiz və digər qeyri-faiz gəlirləri isə 1 milyon 427 min manat - başqa sözlə ümumi gəlirlərin 2%-i qədər olub. Faiz gəlirləri 8,1% azalıb, qeyri-faiz gəlirləri isə 9,1 dəfə artıb.
Ümumiyətlə, “Premium Bank”ın gəlirlərinin 69%-i faiz, 31%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
2024-2025-ci illər ərzində “Premium Bank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
27 951 |
57% |
32 393 |
60% |
15,90% |
|
QK-a investisiyadan gəlir |
316 |
1% |
596 |
1% |
88,60% |
|
Digər banklara depozitlərdən gəlirlər |
2 223 |
5% |
2 813 |
6% |
26,50% |
|
Komissiya haqları |
13 098 |
26% |
13 925 |
26% |
6,30% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
4 288 |
8% |
2 544 |
5% |
-41% |
|
Digər faiz gəlirləri |
1 285 |
3% |
1 181 |
2% |
-8,10% |
|
Digər qeyri-faiz gəlirləri |
27 |
0% |
246 |
0% |
9,1 dəfə |
|
|
|||||
|
Cəmi gəlirlər |
49 188 |
100% |
53 698 |
100% |
9,20% |












