Xəbər verdiyimiz kimi, bu gün yanvarın 9-da Mərkəzi Bankda Dövlət Neft Fondunun (DNF) da iştirakı ilə növbəti valyuta hərracı baş tutub. FED.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu dəfə hərraca ümumilikdə 55 milyon dollar çıxarılıb. Ancaq hərracda dollara tələb bundan artıq olub.
Buna baxmayaraq, satış məzənnəsi çox da yüksək olmayıb. Beləliklə, bu günki valyuta hərracında banklara 56 milyon 100 min dollar satılıb. Hərraca daxil olan sifarişlərin sayı isə artıb. Ümumilikdə, valyuta hərracına 16 sifariş daxil olub. Onların satış məzənnəsi 1.7000-1.7001 aralığında qeydə alınıb. Qeyd edək ki, yanvar ayında hərraclarda ümumilikdə 98 milyon 400 min dollar satılıb. Xatırladaq ki, yanvarın 9-da baş tutan hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.
Hərracda dollara tələbat gözləniləndən artıq oldu
13:19
9 Yan 2018