Fransa müstəntiqləri Kipr şirkətinin hesabları vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinərək ölkənin ən böyük banklarından biri olan BNP Paribas-a qarşı ilkin istintaqa başlayıblar.
Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə olduğu - ÜZƏ ÇIXDI
FED.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Paris prokurorluğuna istinadən məlumat yayıb.
Xəbərə görə, müstəntiqlər hesab edirlər ki, “bir neçə yüz milyon avronun, ola bilsin ki, mənşəyi şübhəlidir”. Vəsait, Fransa bankında açılmış Kiprdə qeydiyyatdan keçmiş broker şirkəti "TCR International Limited"in hesablarından keçib. Söhbət 2019-2021-ci illər ərzində "BNP Paribas Securities Services" bankının filialı tərəfindən yerləşdirilən 200 milyon avrodan çox məbləğdən gedir.
Qəzet qeyd edir ki, "TCR International Limited"in fəaliyyəti "Vaqner"in maliyyə axınları ilə bağlı olaraq ABŞ-da araşdırılır. Bunun ilə əlaqədar Fransa hakimiyyəti "BNP Paribas" filialının əməliyyatları ilə maraqlanıb. (Marja)