Fevral ayında banklara satılan dolların həcmi 8 milyon dollara yaxın artıb. FED.az xəbər verir ki, Dövlət Neft Fondu hərraca çıxartdığı 440 milyon dolların hamısını sata bilməyib.
Belə ki, fevral ayında ümumilikdə bloomberg terminalında 8 hərrac keçirilib. Hərraclara Neft Fondu hər dəfə 55 milyon dollar çıxarıb. Fevralın ilk günlərində 22-23 milyon dollar satılsa da, sonradan dollar satışının həcmi artaraq 54 milyona yüksəlib.
Hərraclar zamanı məzənnədə heç bir dinamika müşahidə olunmayıb, çünki artıq uzun müddətdir ki, manatın dollara məzənnəsi dəyişməz olaraq 1,7001 səviyyəsində qalır.
Tarix | Hərraca çıxarılan vəsaitin həcmi (ABŞ dolları) | Hərracın kursu | Satılan valyutanın həcmi (ABŞ dolları) | Hərracın dinamikası | Növbəti gün üçün kurs |
01.02.2018 | 55.000.000 | 1.7001 | 22.930.000 | 0.0000 | 1.7001 |
06.02.2018 | 55.000.000 | 1.7001 | 23.200.000 | 0.0000 | 1.7001 |
08.02.2018 | 55.000.000 | 1.7001 | 23.500.000 | 0.0000 | 1.7001 |
13.02.2018 | 55.000.000 | 1.7001 | 53.300.000 | 0.0000 | 1.7001 |
15.02.2018 | 55.000.000 | 1.7001 | 54.500.000 | 0.0000 | 1.7001 |
20.02.2018 | 55.000.000 | 1.7001 | 36.100.000 | 0.0000 | 1.7001 |
22.02.2018 | 55.000.000 | 1.7001 | 54.000.000 | 0.0000 | 1.7001 |
27.02.2018 | 55.000.000 | 1.7001 | 40.400.000 | 0.0000 | 1.7001 |
CƏMİ | 440.000.000 | 1.7001 | 307.930.000 | 0.0000 | 1.7001 |