“Expressbank” ASC 2026-cı ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
“Expressbank” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 22 milyon 495 min manat olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 912 min manat (14,9%) çoxdur.
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri son bir il ərzində 2 milyon 734 min manat və ya 14,6% artaraq 21 milyon 468 min manata çatıb.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 137 min manat (6 min manat / 4,6% çox), ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 749 min manat (227 min manat / 43,5% çox) olub.
Bankın faiz xərcləri 1 milyon 617 min manat (24,6%) artaraq 8 milyon 187 min manata yüksəlib.
Depozitlər üzrə faiz xərcləri 6 milyon 144 min manat (1 milyon 903 min manat və ya 44,9% çox), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 965 min manat (233 min manat / 19,4% az), olub.
Alınan haqq və kommisiya gəliri son bir ildə 121 min manat (3,8%) artaraq 3 milyon 330 min manata yüksəlib.
Xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 843 min manat (96 min manat / 12,9% çox) olub.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 41 min manat (0,7%) azalaraq 6 milyon 260 milyon manat tutub. Ümumi və inzibati xərcləri 1 milyon 870 min manat (100 min manat / 5,6% çox), amortizasiya xərcləri 430 min manat (25 min manat / 5,5% az) olub.
Bankın ümumi mənfəəti 4 milyon 136 min manat təşkil edib. Ödənilmiş mənfəət vergisinin həcmi 864 min manat olub. Mənfəət vergisi ödənildikdən sonra bankın xalis mənfəəti 3 milyon 272 min manat olub ki, bu da, illik müqayisədə 853 min manat və ya 35,3% çoxdur.
2026-cı ilin birinci rübünün sonuna bankın aktivləri 661 milyon 973 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 4 milyon 767 min manat (0,7%) azdır.
Müştərilərə verilən kreditlər son üç ayda 3 milyon 169 min manat (0,6%) azlaraq 533 milyon 965 min manata düşüb.
Ticarət və investisiya qiymətli kağızlar üzrə aktivlərin həcmi 3 ayda 7 milyon 950 min manat (20%) azalaraq 31 milyon 788 min manat olub. Banklar və digər maliyyə institutlarına verilən kreditlər 3 milyon 149 min manat (1 milyon 155 min manat / 57,9% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər isə 5 milyon 75 min manat (984 min manat / 16,2% az) olub.
Hesabat dövrünə bankın öhdəliklərinin həcmi 532 milyon 339 min manat olub ki, bu da, ötən ilin sonuna nəzərən 8 milyon 45 min manat və ya 1,5% azdır.
Bankdakı depozitlərin həcmi 3 milyon 533 min manat (1,1%) azalaraq 307 milyon 895 min manata düşüb.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 188 milyon 951 min manat (8 milyon 539 min manat / 4,3% az) olub. Cari vergi öhdəlikləri isə son üç ayda 184 min manat və ya 10,1% artaraq 1 milyon 874 min manata bərabər olub.
Cari ilin birinci rübünün sonunda bankın cəmi kapitalı 129 milyon 635 min manat təşkil edib. Bu, ötən ilin sonuna nəzərən 3 milyon 279 min manat (2,6%) artım deməkdir.
Səhmdar kapitalı dəyişilməyərək 112 milyon 545 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəət 10 milyon 856 min manat olub. Bu, son üç ayda 3 milyon 273 min manat və ya 43,2% artım deməkdir.
Ümumi ehtiyatların həcmi isə 6 min manat (0,1%) artaraq 6 milyon 234 min manata yüksəlib.







![“Expressbank”ın xalis mənfəətində 35%-lik artım -[red] HESABAT[/red] | FED.az](upload/news/small/43530.jpeg)
![“Expressbank”ın xalis mənfəətində 35%-lik artım -[red] HESABAT[/red] | FED.az](upload/news/small/4243310.jpeg)
![“Expressbank”ın xalis mənfəətində 35%-lik artım -[red] HESABAT[/red] | FED.az](upload/news/small/4593126.jpg)









