2025-ci ildə “Expressbank”ın gəlirləri 13,4% artaraq 101 milyon 720 min manata çatıb. Gəlirlərinin artmasının əsas səbəbi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin artmasıdır.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycanın aktiv banklarından olan “Expressbank”ın gəlir mənbələrini araşdırıb.
2025-ci ilin nəticələrinə görə, “Expressbank “nın gəlirlərinin ən böyük hissəsi 79 milyon 6 min manatı və ya bütün gəlirlərin 78%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Kredit portfelindən gəlirlər 2024-cü illə müqayisədə 23,2% artıb.
Artım müşahidə olunan digər gəlir mənbəsi isə digər faiz gəlirləri olub. Bu gəlirlər bankın gəlirlərinin 277 min manatını tutub və bir ildə 2,4 dəfə artıb.
Bankın digər böyük gəlir mənbəyi komissiya haqlarından gəlirlər olub. Bu gəlirlər 2024-cü ilə nisbətən cüzi azalaraq 15 milyon 87 min manata düşüb və ümumi gəlirlərin 15%-ini tutub.
Azalma bankın digər gəlir mənbələrində də özünü göstərib. Qiymətli kağızlara investisiyalar bir il ərzində cüzi azalaraq 2 milyon 508 min manata düşüb və ümumi gəlirlərdə 2%-lik yer tutub.
Digər banklara verilən kreditlərdən gəlirlər 3,3 dəfə azalaraq 311 min manata, digər banklardakı depozitlərdən gəlirlər isə 10,2% azalaraq 623 min manata düşüb və bu gəlirlər ümumi gəlirlərdə 1% paya sahib olub.
Bank valyuta əməliyyatlarından 3 milyon 281 min manat – ümumi gəlirlərin 3%-i qədər gəlir əldə edib ki, bu da, bir il əvvələ nisbətən 22% azdır.
“Expressbank”ın digər qeyri-faiz gəlirləri də 2,8 dəfə azalıb və 627 min manat – ümumi gəlirlərin 1%-i qədər olub.
2024-2025-ci illər ərzində “Expressbank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kimi olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
64 109 |
71% |
79 006 |
78% |
23,20% |
|
QK-a investisiyadan gəlir |
2 520 |
3% |
2 508 |
2% |
-0,50% |
|
Digər banklara kreditlərdən gəlirlər |
1 041 |
1% |
311 |
0% |
3,3 dəfə |
|
Digər banklara depozitlərdən gəlirlər |
694 |
1% |
623 |
1% |
-10,20% |
|
Komissiya haqları |
15 268 |
17% |
15 087 |
15% |
-1,20% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
4 182 |
5% |
3 281 |
3% |
-22% |
|
Digər faiz gəlirləri |
115 |
0% |
277 |
0% |
2,4 dəfə artım |
|
Digər qeyri-faiz gəlirləri |
1 778 |
2% |
627 |
1% |
2,8 dəfə azalma |
|
|
|||||
|
Cəmi gəlirlər |
89 707 |
100% |
101 720 |
100% |
13,40% |














